"KTMT-nin baş katibi deyir ki..." - Abrahamyan Zasın sözlərini "tərcümə etdi"

"KTMT-nin baş katibi deyir ki..." -  Abrahamyan Zasın sözlərini "tərcümə etdi"
  03 İyul 2021    Oxunub:1641
Qarabağ separatçılarının təhlükəsizlik üzrə keçmiş "müşaviri" Tiqran Abrahamyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın erməniləri məyus edən açıqlamasını şərh edib.
Azvision.az xəbər verir ki, o, baş katibin sərhəddə may ayında Azərbaycan hərbçiləri ilə yaranmış insidentə toxunaraq, Ermənistana sərf etməyən fikirlər səsləndirməsini tənqid edib:
Tasmaqambetov: “Ermənistan KTMT-nin müttəfiqidir”

- Baş katib sərhəd məsələsinə toxunarkən elə beləcə də dedi: "Anlamaq lazımdır ki, KTMT-nin potensialından yalnız üzv ölkələrdən biri təcavüzə, hücuma məruz qaldıqda istifadə olunur. Burada biz əslində sərhəd hadisəsi ilə qarşılaşırıq. Allaha şükür ki, orada itki və atışma yoxdur. Bu, bir sərhəd insidentidir, insidenti isə aradan qaldırmaq lazımdır və bunun sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq". Bu ifadəni diplomatik dildən tərcümə etsək, belə anlayarıq: "Dava yoxdur, siz döyüşmürsünüz, niyə müdaxilə edib, sizin üçün mübarizə aparmalıyıq?". Xatırladım ki, məşhur 12 may insidentindən sonra hökumət heç bir atışma, və ya ciddi hadisənin, toqquşmanın olmadığını bəyan etmişdi. Sanki fəxr edirdilər ki, ərazilər müqavimətsiz təslim edildi,- Abrahamyan bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından geri çəkmək öhdəliyi götürüb. İşğaldan əvvəlki dövrdə olan sərhədlərə çəkilən Ermənistan ordusu sonrakı aylarda demarkasiya işində süni problemlər yaratmağa cəhdlər etdi. Azərbaycan ordusu mayın 12-13-də sərhəddə yerləşən Qaragöl ərazisində və bir sıra digər istiqamətlərdə sərhəd-quruculuq işləri görərkən İrəvanın təxribatları ilə üzləşib.

Tural Tağıyev
Azvision.az


Teqlər: KTMT   Sərhəd   Ermənistan  



Xəbər lenti