“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Xatırladaq ki, Əziz Hüseynov ötən il də bu olimpiadada uğurla çıxış edərək bürünc medala layiq görülüb. Beləliklə də, Ə.Hüseynov birdən çox IOI medalı qazanmış ilk həmvətənimiz olub. Səid Nəsibov da bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, uğurlu nəticə göstərib.
Azercell şirkəti informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların inkişafı üçün təşəbbüsləri davamlı olaraq dəstəkləyir. Artıq 2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub.
Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.