Bakıda qadın meyiti tapılıb

Bakıda qadın meyiti tapılıb
  04 İyul 2021    Oxunub:772
Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Azvision.az - a bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əbilova Səidə Mirşahin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Meyit   FHN  





Xəbər lenti