Naxçıvana uçan təyyarə texniki nasazlığa görə eniş edib

Naxçıvana uçan təyyarə texniki nasazlığa görə eniş edib
  04 İyul 2021    Oxunub:668
Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.
"Azərbaycan Hava Yolları" QSC-dən Azvision.az - a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti