Aİ mina xəritələrinin verilməsini alqışladı

Aİ mina xəritələrinin verilməsini alqışladı
  04 İyul 2021    Oxunub:864
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarında 92 min mina xəritəsini 15 saxlanılan erməninin təhvil verilməsi müqabilində təqdim etməsini alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə T.Klaar öz "Twitter" səhifəsində yazıb.

Xüsusi nümayəndə bildirib ki, Bakıda və Yerevandan əla xəbərlər var. O saxlanılan ermənilərin buraxılmasını yaxşı hal kimi qiymətləndirib: “Azərbaycana isə vacib olan mina xəritələri təqdim edilib”.

Azvision.az



Teqlər:   Nüayəndə   xəritə   mina  





Xəbər lenti