Azvision.az xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Mehman Səmədova məxsus Quba rayonundakı həyətyanı sahəyə baxış keçirilib. Oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlüyü 5 sm-dən 245 sm-dək olan və yaş halda ümumi çəkisi 501 kq-dan çox 1235 ədəd narkotik tərkibli çətənə kolları və onun şitilləri, eyni zamanda, 15 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.
Keçirilən əməliyyatla hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Azvision.az