6G yarışı başlayır: Almaniya 250 milyon ayırdı

      6G yarışı başlayır:    Almaniya 250 milyon ayırdı
  04 İyul 2021    Oxunub:3564
Almaniya 6G simsiz şəbəkəsinin öyrənilməsi və yaradılması üçün dövlət büdcəsindən 250 milyon avro xərcləyəcək.
Azvision.az xəbər verir ki, bu məbləğ 4 tədqiqat mərkəzinin və yüzlərlə laboratoriyanın qurulmasına yönəldiləcək.
Emin Əmrullayev "Cisco" şirkətinin nümayəndələri ilə görüşüb

Maraqlıdır ki, hazırda hələ heç 5G şəbəkəsinə tam keçilməyib – o, cəmi bir neçə ölkədə tətbiq olunur. Ekspertlərin fikrincə, 6G-yə ən yaxşı halda 2030-cu ildə keçilə bilər. Görünür, Almaniya bu texnotrendin önündə getmək niyyətindədir.
Yada salaq ki, 6G haqda ilk fikirlər ötən ilin sentyabrında Çində səslənmişdi. Bu ölkə hazırda həmin istiqamətdə hamıdan qabaqdadır, hətta kosmosa xüsusi peyk də göndərib.


6G şəbəkəsi məlumatları 1 terabayt/saniyə sürətlə ötürməyə imkan verəcək ki, bu da 5G-dən 8000 dəfə sürətlidir. Bu şəbəkə daha az enerji işlətməklə, daha böyük məsafələri əhatə edəcək.
“Samsung” və LG artıq özlərinin 6G-nin imkanlarını öyrənən departamentlərini yaradıblar. Başqa şirkətlər də geri qalmamağa çalışır.

İnsan beyninin kompüterlə inteqrasiyası da məhz 6G şəbəkəsinin imkanları hesabına mümkün ola bilər.

Samir Quliyev
Azvision.az


Teqlər: Elm   6G  





Xəbər lenti