Daha 9 nəfərin əlilliyi ləğv edilib

Daha 9 nəfərin əlilliyi ləğv edilib
  05 İyul 2021    Oxunub:1677
Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 28 şəxsin əyani müayinəsi aparılıb.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 16-na əlillik təyin olunmasına dair qərar qəbul olunub:

"9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib. 1 nəfərə müalicənin davam etdirilməsi, 1 nəfərə isə yenidən müayinə üçün göndəriş tərtib edilib. Digər şəxsə isə əlilliyin qiymətləndirilməsi üçün hərbi qərarın gətirilməsi tövsiyə olunub".

Şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Bu dəfəki müayinədə “Əlilliyi olan Qadınlar Cəmiyyəti” İB-nın sədri Məhluqə Rəhimova iştirak edib.


Azvision.az


Teqlər: ƏƏSMN  






Xəbər lenti