Bakıda məzunlara attestatlar verilir

Bakıda məzunlara attestatlar verilir
  05 İyul 2021    Oxunub:1280
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.
Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 34 min 874, XI siniflərini 20 min 024, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər bitirib.

Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Azvision.az


Teqlər: Attestat  





Xəbər lenti