Azərbaycan və Argentina kosmos haqda saziş imzaladı
Sazişin məqsədi kosmik məkanın dinc məqsədlər üçün araşdırılması və istifadəsi sahəsində hüquqi əsasın yaradılmasıdır. Bura kosmik rabitə, elmi tədqiqatlar, kadr hazırlığı və s. daxildir.
Nazirlikdən qeyd ediblər ki, Argentina peyk rabitəsi sahəsində Azərbaycanda həyata keçirilən layihələrə böyük maraq göstərir və həmin layihələrdə təmsil olunmaq niyyətindədir: "Argentinanın kosmik sahədə Azərbaycana nəyi təklif edə və bu, Bakını nə qədər maraqlandıra bilər məsələsinə gəlincə, bu mövzular müzakirə ediləcək. İmzalanmış sənəd isə bu sahədə iki ölkənin gələcək əməkdaşlığı üçün əsas olacaq" (Trend).