İran Babək Zəncani ilə bağlı əməliyyata başladı

İran Babək Zəncani ilə bağlı əməliyyata başladı
  14 Mart 2014    Oxunub:1387
İranlı iş adamı Babək Zəncaninin varidatını araşdırmaq üçün İran üç ölkəyə nümayəndə heyəti göndərilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iranlı parlamentari və qaçaqmalçılığı araşdırma komissiyasının üzvü Hüseyn Dehdaşti bildiridib ki, nümayəndə heyətləri Zəncaninin olduğu Türkiyə, Malaziya və Tacikistana yola salınıb.

İranın neft naziri Bijan Namdar isə deyib ki, Zəncaninin hər bir İran vətəndaşına 45 dollar borcu var.

Türkiyəli iş adamı Rza Zərrabın şəriki olan 40 yaşlı Babək Zəncaninin xaricdəki çoxlu sayda holdinqinin və banklarda 13, 8 milyard dollar sərvəti olduğu ehtimal olunur.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti