Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

 Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
  06 İyul 2021    Oxunub:775
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 6-da Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Rusiya   Səhiyyə  






Xəbər lenti