Köçəryanın kompleks bir planı yoxdur, lakin Paşinyanın qanunən yenidən seçki prosedurunu həyata keçirməsinin qarşısını almağa yönəlmiş bir planı var. Bu plan “Vətəndaş Müqaviləsi” partiyasının qanunvericilik təşəbbüsünü məhdudlaşdıracaq, Paşinyanın ona qarşı olanlarla danışıqlar aparmağına imkan verməyəcək. "Ermənistan" və "Şərəfim var" bloklarının birliyi Paşinyanı məcbur edəcək ki, parlamentin müzakirəsindən kənar qərarlar qəbul etsin. Bir sözlə, baş nazir, onu hakimyyəti qəsb etməkdə ittiham edənlərə qarşı əks arqumentlər axtarmalı olacaq. İndi Köçəryan üçün Paşinyanın "xalqın seçimi" imicini çökdürmək çox vacibdir, çünki baş nazir cinayətkarların təqibi məsələsi də daxil olmaqla, bütün siyasi təşəbbüslərini xalqın adından həyata keçirir.
Yüzlərlə rusiyalı erməni İrəvanda “qara siyahı”ya salınıb |
Keçmiş və hazırkı siyasi elita arasındakı cəbhə xətti Köçəryan və komandasının qüsurlarını üzə çıxarmağa çalışdığı qanunvericilik aktlarının səhifələrindən keçir. Ermənistanın tarixində hələ belə bir hadisə olmayıb ki, parlament seçkiləri keçirilsin və müxalifət mandat almağa tələsməsin. Millətçilər “ağ ləkələr”i qanuni yollarla müəyyənləşdirmək üçün araşdırma apardıqlarını da gizlətmirlər. Paşinyanla eyni damın altında işləmək istəməyən millətçilər siyasi proseslərdə süründürməçilik takstikasını hələ, Qarabağ probleminin nizamlanmasına dair danışıqlar prosesini ləngitməyə çalışarkən sınaqdan keçirmişdilər.
Köçəryan seçkiləri qeyri-qanuni elan edə bilməz, çünki onlar keçərli sayılıb və səsvermə zamanı aşkar olunan pozuntular “xalqın iradəsinin” nəticələrinə təsir edəcək səviyyədə deyil. Səsvermənin nəticələri məhz millətçilər üçün qəbuledilməzdir, çünki “Qarabağ klanı”na seçkidə məğlub olan tərəfi statusunu verir. Köçəryan üçün ideal variant ictimaiyyətin təşəbbüsü ilə irəli sürüləcək başqa bir növbədənkənar seçkilər ola bilər. Bunun üçün isə, gərək Paşinyan daim gərgin vəziyyətdə olsun, səhvlər etsin. Bundan başqa ictimaiyyəti ona etimad göstərməməyə təhrik etmək lazımdır. Nəzərə alsaq ki, Paşinyan başı çıxmadığı məsələləri həll etməkdən çəkinir və bacarmadığı işlərini silahdaşlarına həvalə edir, Köçəryanın onu devirməsi praktik olaraq qeyri-mümkündür. Üstəlik, Paşinyanın siyasi təmizləmə üsulundan da istifadə etmək hüququ var və Köçəryan bundan ehtiyatlanır.
Səbinə Həsənova
Azvision.az