Ukrayna hökuməti azərbaycanlı iqtisadçını təltif etdi

Ukrayna hökuməti azərbaycanlı iqtisadçını təltif etdi
  06 İyul 2021    Oxunub:1993
Azərbaycanlı iqtisadçı alim, Ukrayna Ticarət Evinin baş direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə Ukrayna Nazirlər Kabinetinin Fəxri Fərmanı ilə təltif olunub.


Ukraynanın baş naziri Denis Şmiqamın imzaladığı fərmanda həmyerlimizin “Azərbaycan Respublikası və Ukrayna arasında ikitərəfli iqtisadi-ticari əlaqələrə verdiyi töhfəyə görə” mükafatlandırıldığı bildirilir.

Bu, Ukraynada kifayət qədər nüfuzlu təltif hesab olunur.



Teqlər:





Xəbər lenti