Qazaxda baş verən yanğın söndürülüb - FHN

Qazaxda baş verən yanğın söndürülüb -   FHN
  07 İyul 2021    Oxunub:1246
Fövqəladə Hallar Nazirliyi (FHN) Qazaxda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az - a verilən məlumatda deyilir:

"Bu gün FHN-nin 112 qaynar telefon xəttinə Qazax rayonu, Fərəhli kəndində, sərhəd zolağı boyunca quru ot yanması barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin DYMX in müvafiq qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat dəqiqədə söndürülüb. Yanğın zamanı təxminən 5 ha sahədə quru ot və kol-kos yanıb".

Azvision.az




Teqlər: Qazax   FHN  






Xəbər lenti