Vasif Talıbov Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirib, Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə əsaslandığını diqqətə çatdırıb, səfirin Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlıq edən Cahit Bağçı İkinci Qarabağ müharibəsində tarixi Qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərə rəhmət diləyib. Qələbənin “Türk qapısı” adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxardığını vurğulayan Cahit Bağçı Azərbaycan-Türkiyə münasibətlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyə Respublikasının keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamı kimi dəyərləndirib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.
Azvision.az
Teqlər: CahitBağçı







Vaxtında, Aydın, Lazımlı!


