Haitidə hərbi vəziyyət elan olundu

 Haitidə hərbi vəziyyət elan olundu
  07 İyul 2021    Oxunub:1518
Haiti Prezidenti Jovenel Moizin öldürülməsindən sonra Nazirlər Kabineti respublika ərazisində hərbi vəziyyət rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Haiti prezidenti vəzifəsini icra edən Klod Cozef dövlət televiziyasının efirində bildirib.
Haitidə etirazlar: 6 ölü - VİDEO

O, ölkədəki bütün qüvvələri demokratiyanın müdafiəsi naminə birləşməyə çağırıb və prezidentin qatillərinin qanuna əsasən cəzaladırılacağını vurğulayıb.

Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moiz öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı yaralanan Haitinin birinci xanımı da xəstəxanada ölüb.

Bu, 2017-ci ildə prezident vəzifəsinə başlayan Moizə qarşı ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı silahlı hücuma məruz qalmış və yüngül yaralanmışdı.

Azvision.az


Teqlər: Haiti  





Xəbər lenti