162 nömrəli marşrutun yolu dəyişdirilir

  08 İyul 2021    Oxunub :330
162 nömrəli marşrutun yolu dəyişdirilir
Sabahdan Bakıda 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.
Azvision.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilmişdir.

Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.

Azvision.az

Teqlər: Avtobus  






Xəbər lenti