Binədə kişi arvadını öldürüb intihara cəhd etdi

Binədə kişi arvadını öldürüb intihara cəhd etdi
  09 İyul 2021    Oxunub:961
İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Azvision.az



Teqlər: Qətl  





Xəbər lenti