Azərbaycan Prezidenti İlham Əliyev Füzulidə beynəlxalq hava limanının tikintisi barədə 2021-ci ilin yanvarında Sərəncam imzalayıb. Beynəlxalq hava limanının təməlqoyma mərasimi isə yanvarın 14-də keçirilib. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərini işğal etməmişdən əvvəl burada yerli əhəmiyyətli hava limanı mövcud olub. İşğaldan sonra Füzuli şəhəri kimi, hava limanı da ermənilər tərəfindən dağıdılıb. Ərazisi 250 hektar olan Yeni aeroportun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


