Pozuntulara yol verən hakimlərə xüsusi qərardad çıxarılacaq

Pozuntulara yol verən hakimlərə xüsusi qərardad çıxarılacaq
  09 İyul 2021    Oxunub:853
Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az -ın xəbərinə görə, dəyişiklik layihəsi Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.

Dəyişikliklə Məcəlləyə yeni - 438-1-ci maddədə əlavə edilir. Yeni maddəyə əsasən, Ali Məhkəmənin Plenumu işə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Azvision.az


Teqlər: Hakim  






Xəbər lenti