Vurulan vaksinlərin sayı 4 milyonu keçdi

Vurulan vaksinlərin sayı 4 milyonu keçdi
  09 İyul 2021    Oxunub:796
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.

Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti