Bəzi hemodializ xəstələrinin əlillikləri niyə ləğv edildi?

   Bəzi hemodializ xəstələrinin əlillikləri niyə ləğv edildi?
  09 İyul 2021    Oxunub:805
“Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə araşdırması nəticəsində xeyli sayda hemodializ xəstəliyinə görə əlillik dərəcəsi alan şəxsə əsassız əlillik təyinatının aparıldığı müəyyən olunub”.
Azvision.az -ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, aydınlaşdırılıb ki, həmin şəxslər Səhiyyə Nazirliyi tərəfindən heç bir hemodializ müalicəsi almayıb: “Həmin şəxslərin reyestrdə adlarının olmaması müəyyən olunub. Buna görə də həmin şəxslərin əlillik dərəcələri ləğv olunub”.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti