Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozub

   Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozub
  10 İyul 2021    Oxunub:1166
İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Azvision.az


Teqlər: MN  






Xəbər lenti