Dini konfessiya rəhbərləri Şuşaya səfər ediblər

Dini konfessiya rəhbərləri Şuşaya səfər ediblər
  10 İyul 2021    Oxunub:927
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərinə səfər ediblər.
Azvision.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində dini konfessiya rəhbərləri Şuşada bir sıra dini və mədəni abidələri ziyarət edəcək, aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Azvision.az


Teqlər:





Xəbər lenti