Şəhriyar Məmmədyarov Harri Kasparova qalib gəlib
Belə ki, şahmatçımız startda fransalı Maksim Vaşye-Laqrava uduzsa da, növbəti görüşdə rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib. Sonrakı qarşılaşmalarda Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb. Ş.Məmmədyarov 7-ci turda ukraynalı Anton Korobova məğlub olub. Şahmatçımızın daha bir keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anandla qarşılaşması davam edir. Ş.Məmmədyarov bu gün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.
Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.
Azvision.az
Teqlər: ŞəhriyarMəmmədyarov