Qazi döyülüb? - DİN-dən cavab

 Qazi döyülüb? -  DİN-dən cavab
  11 İyul 2021    Oxunub:1995
Sosial şəbəkələrdə Nizami metrostansiyası yaxınlığında Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi iddiası yayılıb. Bildirilir ki, yol kənarında oturmuş E.Bədəlov PPX əməkdaşları tərəfindən döyülüb və halı pisləşdiyi üçün ona təcili yardım çağırılıb. O da qeyd olunur ki, Bədəlovla həyat yoldaşı bölmədə 3 saat saxlanılıb və onlara təzyiq göstərilərək bir-birilərindən şikayətçi olmamaları haqda izahat alınıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Azvision.az- a açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

"Ərazidə olan vətəndaşlar Post Patrul Xidmətinin əməkdaşlarına müraciət edərək bir qadın və kişinin mübahisə etdiyini bildiriblər. Polis əməkdaşları mübahisə edən həmin şəxsləri ərazi üzrə 27-ci Polis Bölməsinə gətirmək istəyərkən E.Bədəlov adlı şəxs müqavimət göstərərək getmək istəməyib və özünü yerə yıxıb. Bu zaman ikinci Post Patrul Xidməti avtomobili avtomobili əraziyə çağırılıb.

Onlar bölməyə gətirildikdən sonra məlum olub ki, onlar bir ay öncə ailə həyatı qurublar və mübahisə etmələrinin səbəbi qadının həyat yoldaşından icazəsiz mağazaya getməsidir.

Hər iki şəxs Polis Bölməsində barışdıqdan sonra izahat yazaraq şikayətçi olmadıqlarını bildiriblər və sərbəst buraxılıblar".

Azvision.az


Teqlər: DİN   Qazi  





Xəbər lenti