COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

 COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  11 İyul 2021    Oxunub:960
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 732 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 809, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 923 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.

Azvision.az



Teqlər: Peyvənd  





Xəbər lenti