Gəncədə yük avtomobili evə çırpılıb

Gəncədə yük avtomobili evə çırpılıb
  11 İyul 2021    Oxunub:957
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı yaşayış evinə çırpılması barədə məlumat daxil olub.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: Gəncə   avtomobil   qəza  





Xəbər lenti