Britaniyalı ekspert ermənilərin Ukrayna səfirinə hücumunu qınadı

Britaniyalı ekspert ermənilərin Ukrayna səfirinə hücumunu qınadı
  11 İyul 2021    Oxunub:1749
"Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının həqiqətdən uzaq olduğunu əks etdirir".
Azvision.az xəbər verir ki, bu fikri britaniyalı alim və Ukrayna üzrə mütəxəssis Taras Kuzio Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfəri zamanı bu qədim şəhərlə bağlı təəssüratlarını bölüşməsinə ermənilərin haqsız reaksiyası ilə bağlı tvitterdəki paylaşımında qeyd edib.

Britaniyalı alim ermənilərin Ukrayna səfirinin tvitterdə paylaşdığı fikirlərə belə çirkin hücumlarını sərt şəkildə qınayaraq fikirlərini bir neçə istiqamətdə şərh edib. Ermənistanın daha çox millətçi (faşist) ölkə olduğunu vurğulayan T.Kuzio bildirib ki, ermənilərin “məhv edilməsi” baş verməyib. Ən böyük hərbi cinayət 1992-ci ildə Xocalıda 600-dən çox azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsidir. O, ermənilərin ifadə etdikləri kimi “təcavüzkarlıq” aktının baş vermədiyini, Azərbaycanın öz torpaqlarını azad etdiyini vurğulayıb.

“Azərbaycan beynəlxalq səviyyədə öz əraziləri kimi tanınan torpaqları “işğal” edə bilməz!”, - deyə T.Kuzio paylaşımında bildirib.

Qeyd edək ki, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şuşa qalasının qarşısından çəkdiyi fotosunu tvitterdə paylaşıb. Diplomatın paylaşımında ifadə etdiyi “Arzularım gerçək oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu, mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!”, - sözləri ermənilərin haqsız hiddətinə səbəb olub.





Azvision.az



Teqlər: Ukrayna   səfir  





Xəbər lenti