Ağcabədidə 5 otaqlı ev yanıb

Ağcabədidə 5 otaqlı ev yanıb
  12 İyul 2021    Oxunub:1053
Ağcabədi rayonunun Aşağı Avşar kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  






Xəbər lenti