Londonda klublara “Demir Yumruq”, "Bayraktar" adı verilib

 Londonda klublara “Demir Yumruq”, "Bayraktar" adı verilib
  12 İyul 2021    Oxunub:3145
Britaniya Azərbaycanlıları Assosiasiyasının dəstəyi ilə London şəhərində “Qarabağ Kuboku” adlı futbol turniri keçirilib.

Azvision.az xəbər verir ki, Turnirdə iştirak edən yeddi komanda adlarını Azərbaycana və İkinci Qarabağ müharibəsinə uyğun seçiblər.
Finalda “Caspian” komandası, “Qarabağ” komandasını məğlub edərək çempion olub. Turnirin qalibinə xüsusi kubok verilib, 1, 2 və 3-cü yerləri qazanan klubların oyunçuları isə üzərində Qarabağ müharibəsinin simvolu olan Xarı bülbül əks olunmuş medallarla təltif olunublar.

Qeyd edək ki, yarışda “Caspian FC”, “Qarabag FC” “Demir Yumruq” “Boz Qurd” “Old Gentlemen” “Bayraktar” “Manchester Polad” adlı komandalar mübarizə aparıblar.











Tural Tağıyev
Azvision.az



Teqlər: London   Klub  





Xəbər lenti