Bərpa olunan enerji ilə bağlı bəzi səlahiyyətlər prezidentə aid olacaq
Həmçinin bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini də dövlət başçısı müəyyən edəcək. Bundan əlavə bərpa olunan enerji ilə bağlı fəaliyyət planını da prezident təsdiqləyəcək.
Fəaliyyət planına bərpa olunan enerji mənbələrinin təbiətdə mövcud potensialı, müasir texnologiyaları, elektrik şəbəkəsinin inkişafı, elektrik enerjisinin istehlakı proqnozları və elektrik enerjisi istehlakçılarının maarifləndirilməsi istiqamətində aparılmış tədqiqatlara əsaslanan ümumdövlət, yerli və digər tədbirləri, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dair hədəflər daxildir.
Azvision.az
Teqlər: İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


