Ermənistanda qalmaqallı insident: İndiki və eks qubernatorun qohumları bir-birnə atəş açdı

   Ermənistanda qalmaqallı insident:   İndiki və eks qubernatorun qohumları bir-birnə atəş açdı
  14 İyul 2021    Oxunub:698
Ermənistanda məmur övladının iştirakı ilə silahlı insident yaşanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Tert.am” saytı məlumat yayıb. Qeyd edilir ki, Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki qubernatorlarının oğulları bir-birinə atəş açıblar.

“Sünikin (Zəngəzur-red.) keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla indiki qubernator Melikset Poqosyanın oğlu Karapet arasında silahlı incident yaşanıb. Bir-birinə atəş açan hər iki tərəfə qohumları da qoşulub. Əldə etdiyimiz məlumata görə, Surik Xaçatryanın qardaşı oğlu Melikset Baqdasaryan ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti son dərəcədə ağır olduğu üçün onu təcili şəkildə İrəvana aparıblar”,- sayt yazıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Sünik valisi Melikset Poqosyan “Tert.am”-a açıqlamasında Qafanda olduğunu, oğlu ilə bağlı atışma hadisəsi haqqında məlumatsızlğını bildirib.
Qeyd edək ki, Tiqran Xaçatryan adı illər öncə də oxşar insidentdə hallanıb. Ölümlə nəticələnən atışmadan sonra Tiqran həbs edilmişdi. Ancaq məhkəmə sonradan bunu özünümüdafiə ilə əlaqələndirərək ona bəraət vermişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Atışma   Ermənistan  





Xəbər lenti