Oxçuçayı çirkləndirən zavodda xüsusi əməliyyat - VİDEO

Oxçuçayı çirkləndirən zavodda xüsusi əməliyyat - VİDEO
  14 İyul 2021    Oxunub:4151
Bu gün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) "Alfa" xüsusi təyinatlı dəstəsi Zəngəzur Mis-Molibden Kombinatında əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Ermənistan" blokunun nümayəndəsi Vahe Akopyan jurnalistlərə verdiyi açqılamada bildirib ki, təhlükəsizlik qüvvələri gözlənilmədən zavodun inzibati binasına daxil olaraq bir neçə nəfəri soruğuya cəlb ediblər:

Oxçuçayı çirkləndirən kombinatın məhsullarının satışına qadağa qoyuldu
"Xüsusi təyinatlılar qapıları sındıraraq işçiləri qorxutmağa başladılar. Zavod işçiləri dindirilib və onlarla hansı əsasla dindirilmə aparıldığı aydın deyil. Vəkilimiz oradadır, amma işçilərlə ünsiyyət qurmaq qadağandır”.

Akopyan iddia edib ki, Ermənistan MTX-sı zavodun işini pozmaqla məşğuldur və ölkədə qorxu atmosferi yaratmaq istəyirlər.

Xatırladaq ki, seçki kampaniyası zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, ölkənin ən böyük sənaye müəssisəsi olan məlum Zəngəzur Kombinatında müxalifət lehinə maliyyə işlərinin aparıldığını söyləmişdi.





Tural Tağıyev
Azvision.az


Teqlər:   Oxçuçay   Əməliyyat   Ermənistan  





Xəbər lenti