Türkiyə ilə birgə hərbi təlimlərin sayı artırıla bilər

   Türkiyə ilə birgə hərbi təlimlərin sayı artırıla bilər
  14 İyul 2021    Oxunub:673
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir.
Azvision.az -ın məlumataına görə, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə səfiri Cahit Bağçı ilə görüşdə məlumat verib.

Nazir hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov hərbi kadrların hazırlanması və azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Azvision.az


Teqlər: Türkiyə   Təlim  






Xəbər lenti