Dini rəhbərlər Polad Həşimov və İlqar Mirzəyevin məzarını ziyarət etdi
Şeyxülislam Allahşükür Paşazadə Vətənimizin işğaldan azad olunması üçün canını fəda etmiş qəhrəman şəhidlərimizi xüsusi ehtiramla yad edərək ailələrinə səbr və dəyanət arzuladı, qazilərə şəfaət duaları diləyib. QMİ sədri qeyd edib ki, Zəfər və uğur salnaməsi yazmış Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində doğma Qarabağı işğaldan azad edib, əsarətdə olan məscid və məbədlərimizi, milli-mənəvi irsimizi, dini abidələrimizi öz həqiqi sahiblərinə qaytarıb, şəhidlərimizin qanını yerdə qoymayıb:
"Bu gün Azərbaycan xalqı qüdrətli dövlət başçısının rəhbərliyi ilə əzəli torpaqlara Böyük Qayıdışı təmin etmək, dağıdılmış bölgəmizə yeni nəfəs vermək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti yaratmaq istiqamətində fövqəladə zəhmətlər reallaşdırır. Dindarlarımız və din xadimlərimiz adından dövlət rəhbərliyinin bu məsuliyyətli dönəmdəki fədakar fəaliyyətlərinə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik. Allah cümlə şəhidlərimizə rəhmət eləsin!".
Anım mərasimində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Konstantin (Pimenov), Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa yəhudiləri dini icmasısnın sədri Aleksandr Şarovski və digərləri iştirak ediblər.
Azvision.az
Teqlər: Şəhid Polad-Həşimov







Vaxtında, Aydın, Lazımlı!


