Heydər Əliyev prospektində maşın aşıb

Heydər Əliyev prospektində maşın aşıb
  15 İyul 2021    Oxunub:677
Bakının Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hava limanı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hazırda Sabunçu yol qovşağından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti