“Qaliblər düşərgəsi” maraqlı ekskursiya və qonaqları ilə davam edir

“Qaliblər düşərgəsi” maraqlı ekskursiya və qonaqları ilə davam edir
  15 İyul 2021    Oxunub:2615
Şəhid övladları üçün nəzərdə tutulmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları bu dəfə ADA Universitetinə yollanıblar. Universitetin prorektoru Fariz İsmayılov Qaliblərlə görüşüb, onlara Universitet barədə məlumat verib.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a bildirilib ki, ali təhsil müəssisəsini gəzdikdən sonra uşaqlar Eltac Cəbiyev tərəfindən “Mən ixtisasımı seçməyə hazırammı? Gələcəyin və bu günün ixtisasları hansılardır?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü inkişaf etdirməliyəm: Liderlik bacarığı nədir?” mövzularında təlimləri dinləyiblər.



Düşərgədə günün proqramına uyğun olaraq, iştirakçılar divar üzərində rəsm, rəqs dərsləri, idman yarışlarına qatılıblar. Qaliblər düşərgənin 10-cu gününün qonağı olan xalq şairi Ramiz Rövşəni qarşılayıblar. Xalq şairi yaradıcılığının müxtəlif mərhələləri və şeirlərinin ərsəyə gəlmə səbəblərindən danışıb, şeirlər səsləndirib, uşaqları maraqlandıran sualları cavablandırıb.



Qaliblər günə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya ilə yekun vurublar. Qoruğun tarixi ilə tanış olduqdan və ərazini gəzdikdən sonra əyləncəli viktorinalarda iştirak edərək hədiyyə qazanıblar.










Azvision.az



Teqlər: DMX   Düşərgə  






Xəbər lenti