Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  15 İyul 2021    Oxunub:764
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 733 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 739 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 530 767, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 711 960 təşkil edir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti