Metroda insident: Qatarların hərəkətində fasilə yaranıb

   Metroda insident:    Qatarların hərəkətində fasilə yaranıb
  15 İyul 2021    Oxunub:1156
Bakı Metropoliteninin "Ulduz" stansiyasında gənc oğlanın özünü relslərin üstünə atması nəticəsində qatarların hərəkətində fasilə yaranıb.
Hadisənin şahidlərindən birinin Azvision.az -a verdiyi məlumata görə, vəziyyəti kənardan görən maşinist qatarı vaxtında saxlaya bilib. Qatarın stansiyaya tam daxil olmadan dayandığı üçün qapıları açılmayıb, bu da sərnişinlərdə narahatlıq yaradıb.

Polislər oğlanı xilas ediblər. 10-15 dəqiqədən sonra hərəkət bərpa olunub.

Azvision.az



Teqlər: Qəza   Metro  





Xəbər lenti