Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfər olub

 Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfər olub
  15 İyul 2021    Oxunub:909
Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib. Nazirliyin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.

Azvision.az



Teqlər: SəhiyyəNazirliyi   Azərbaycan  






Xəbər lenti