Azvision.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə keçirilən prosesdə hakim deyib ki, prosesdə iştirak etməyən vəkil Elmira İsmayılova məhkəməyə məktub göndərib. Vəkil səhhətində ciddi problemlərin yaranması ilə bağlı iclasda iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını istəyib.
Hakim deyib ki, vəkilin iştirakı olmadan iclasın baş tutması mümkün deyil. Bu səbəbdən növbəti məhkəmə iclası iyulun 22-ə qədər təxirə salınıb.
Azvision.az