Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verib

   Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verib
  16 İyul 2021    Oxunub:962
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.

“Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk. Yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yanındayıqdır”, - XİN qeyd edib.

Qeyd edək ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə adam itkin düşüb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: XİN   Başsağlığı  





Xəbər lenti