Qəzetin yazdığına görə, işdən azad olunanlar daha çox bölgənin keçmiş qubernatoru və zavodun eks-direktorunun dostları və tanışlarıdır. Bildirilir ki, rəhbər şəxslər Paşinyana səs verməmələri üçün digər işçilərə təsir göstərməyə çalışıblarmış. Hətta onların bəziləri Nikol Paşinyan Zəngəzura gələn zaman yolu bağlamışdılar. .
Son olaylarla bağlı yerli mediaya açıqlama verən zavodun hüquqi işlər üzrə direktoru Perç Xaçatryan müəssisədə istintaq tədbirləri aparıldığından hələlik işçilərin qovulmasıyla bağlı məlumatı şərh edə bilməyəcəyini bildirib.
|
| Oxçuçayı çirkləndirən zavodda xüsusi əməliyyat - VİDEO |
Qeyd edək ki, iki gün öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Zəngəzur Mis-Molibden Kombinatına basqın etmişdilər. Onlar zavodda axtarışlar apararaq həbslər həyata keçirmişdilər.
Hazırda kombinatın inzibati binasında bütün işlər dayandırılıb, xidməti kompüter və mühasibatlığa aid sənədlər müsadirə edilib. Kombinatın idarə heyətinin üzvü Vahe Akopyanın bildirdiyinə görə, 70 vaqon mis və molibden konsentratının satışına qadağa qoyulub və dünəndən müəssisənin qapıları möhürlənib.
Onu da xatırladaq ki, adı çəkilən müəssisə illərdir Zəngəzurdan keçən və bölgənin iri çaylarına, o cümlədən Araz çayına tökülən bir çox çayları müxtəlif növ kimyəvi tullantılarla çirkləndirdi.
Azərbaycan tərəfi başda Oxçuçay olmaqla Zəngəzurdan keçən və adı çəkilən kombinat tərəfindən çirkləndirilən bütün çayların məcrasına xarici jurnalistlər və diplomatik korpusun nümayəndələrinin səfərini təşkil etmişdi. Ekoloji terror faktı bir çox nüfuzlu beynəlxalq media qurumları tərəfindən işıqlandırılmışdı.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


