Makronu Hitlerə bənzədən karikaturaçıya cinayət işi açılıb

 Makronu  Hitlerə  bənzədən karikaturaçıya cinayət işi açılıb
  20 İyul 2021    Oxunub:2096
Fransa prezidenti Emmanuel Makronun Adolf Hitler obrazında təsvir olunduğu fotolarının yayılması ilə bağlı cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, cinayət işi Tulon şəhər prokurorluğu tərəfindən başladılıb.
Məhəmməd peyğəmbəri olar, Makronu yox?! Fransa demokratiyasına bir neçə sual

Məlumata görə, çərşənbə axşamı günü Tulon şəhərində və La Sen-sur-Mer kommunasında fotomontajlı plakatlar ortaya çıxıb. Həmin plakatlarda Makron Hitler obrazında təsvir edilib, yanında qırmızı fonda ağ hərflərlə: "İtaət et", "Peyvəndlən" yazılıb. Həmçinin, fotoda Makronun partiyasının qısaldılmış adı – LREM ("İrəli, Respublika!") – yer alıb.

Reklam lövhələrində yerləşdirilən fotoların müəllifi böhtan atmaqda ittiham olunur.

Keçən həftə sonu reklam lövhələrindən birində qara rəngdə böyük hərflərlə "Utanc" sözü yazılıb. Bunun müəllifinin karikaturaçı, aktivist Mişel-Anj Flor olduğu bildirilir. O, Fransada sanitar keçidlərin tətbiqinə və səhiyyə işçiləri üçün məcburi peyvəndlənməyə qarşı münasibətini bu şəkildə ifadə edib.

Xatırladaq ki, keçən şənbə Paris də daxil olmaqla, Fransanın bir sıra şəhərlərində sanitar keçid tətbiqinin genişləndirilməsinə və tibb işçilərinin məcburi peyvənd olunmasına etiraz edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:   Fransa   Söz-azadlığı  





Xəbər lenti