Fransanın baş naziri İlham Əliyevin yanına gəlib

Fransanın baş naziri İlham Əliyevin yanına gəlib
  11 Fevral 2013    Oxunub:2223
Prezident İlham Əliyev Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpeni qəbul edib.
Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması münasibətilə dövlətimizin başçısını təbrik edib. Əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı çoxlu birgə layihələrin olduğunu vurğulayan Dominik de Villpen ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə ümidvar olduğunu bildirib. Fransalı qonaq “Eurovison” mahnı müsabiqəsindən sonra ilk Avropa Oyunlarının Bakıda təşkilini mühüm addım kimi dəyərləndirib. Dominik de Villpen Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyadakı rolunun mühüm əhəmiyyətini qeyd edib.
Dövlət başçısı Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə bağlı Fransanın informasiya texnologiyaları şirkətlərinin göstərdikləri dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyev Fransanın müxtəlif şirkətlərinin ölkəmizdəki fəaliyyətinin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Fransa arasında uzunmüddətli əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğulayıb.


Teqlər:





Xəbər lenti