Pandemiya qaydalarını pozan məclis sahibi cərimələndi

Pandemiya qaydalarını pozan məclis sahibi cərimələndi
  21 İyul 2021    Oxunub:939
Salyan rayonunda pandemiya qaydalarını pozan şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Azvision.az


Teqlər: Pandemiya  





Xəbər lenti