Rusiya BMT qətnaməsinə veto qoydu

Rusiya BMT qətnaməsinə veto qoydu
  16 Mart 2014    Oxunub:908
Rusiya BMT Təhlükəsizlik Şurasının bu gün keçirilən sessiyasında Ukrayna ilə bağlı qətnaməyə veto qoyub. Qurumun 13 üzvü sənədin lehinə səs verib, Çin bitərəf qalıb. Beləliklə, Moskva öz veto hüququndan istifadə edərək qətnamənin təsdiqlənməsini əngəlləyib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, sənəddə bütün tərəflər təcili şəkildə mübahisəli məsələni birbaşa siyasi dialoq əsasında həll yolu axtarışına çağırılır.

Qətnamədə həmçinin, “Ukraynanın bazar günü referendumuna icazə vermədiyi, bu referendumun Krımın statusunu dəyişməsi baxımından hansısa əsas yaradacaq gücə malik olmadığı” qeyd edilir.


Teqlər:





Xəbər lenti