"Yaxın gələcəkdə dövlətçiliyə vida edəcəyik"- Asatryan

   "Yaxın gələcəkdə dövlətçiliyə vida edəcəyik"-   Asatryan
  23 İyul 2021    Oxunub:1590
Keçmiş qondarma “Dağlıq Qarabağ respublikası”nın "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senyor Asatryan ölkəsinin rəzil duruma düşməsindən danışıb.
Azvision.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Asatryan hazırda cəmiyyəti düşündürən əsas suallara cavab verib:

“Əsas dörd sual var. Birincisi budur ki, üçüncü Ermənistan respublikası tarixində 2018-ci ilin aprel çevrilişi baş verməsəydi nə olardı? Cavab belədir- əvvəllər yaratdıqlarımızı bundan sonra da əlimizdə saxlayardıq... İkinci sual. 2018-ci ildə Ermənistanda hakimiyyət ələ keçirildikdən sonra nəyimiz var?
Cavab: Minlərlə qurbanımız, yüzlərlə itkin və "əsir"imiz, Qarabağı itirməyimiz, Ermənistanın parçalanmış sərhədləri və hələ də qeyri-müəyyən perspektivlərimiz var".

"Akne" ah-vayı: Ermənilər Ağdamı matəmlə yad edirlər
O, cəmiyyəti düşündürən üçüncü sualın da cavabını verib. Ermənilər "demokratik" Avropanın səssiz baxışları altında yenidən hakimiyyətə gələn əvvəlki rəhbərliyin idarəçiliyi ilə yaxın gələcəkdə nələr əldə edəcəklər?

"Cavab çox sadədir- ən azından ölümcül bir qeyri-müəyyənlik, ən çoxu isə milli dövlətçiliyə vida. Və nəhayət sonuncu sual. Bu durumdan necə çıxmaq olar? Ölkəni bu apikal və millətçi hakimiyyətdən ən qısa zamanda qurtarmaq üçün qəti addımlar atmaq, millətin düşüncə və fəaliyyət potensialını birləşdirmək, hər şeydən əvvəl insanların düşüncəsini dəyişdirmək lazımdır".

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti